Rusiyadan Azərbaycana tikinti materialları gətirən yük maşını Qusar rayonunda aşıb.
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun rayonun Quxuroba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rusiya vətəndaşı idarə etdiyi "Volvo" markalı yük avtomobili ilə "Samur" gömrük postundan Azərbaycan ərazisinə daxil olub. O, postu keçdikdən sonra idarəetməni itirərək yük avtomobilini yolun kənarındakı ağaca çırpıb və maşın aşıb.
Hadisəyə havanın yağışlı və dumanlı olması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man