Qazaxıstanın cənub-şərqində avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Qızılordinsk əyalətinin ərazisindən keçən Qızılorda – Qumkol avtomagistralının 815-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, içərisində 50 nəfərin olduğu avtobus yolun buzlu və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə 7 nəfər ölüb, daha 28 nəfər isə xəsarət alıb.
Hadisə yerinə xilasetmə, polis və səhiyyə işçiləri cəlb olunub.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man