Bir qədər əvvəl Ziya Bünyadov prospektində - Nəcəf Nərimanov küçəsi ilə kəsişmədə (20 yanvar dairəsi sitiqamətində) yol - nəqliyyat hadisəsi baş verib. Hazırda hadisə baş verən hissəyədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agenliyin mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, qəza ilə əlaqədar Ziya Bünyadov prospekti əsas yolda hərəkət 20 yanvar dairəsi istiqamətində məhdudlaşdırılıb.
Qəza zamanı 25 yaşlı Naqutin Aleksandr Valerieviç, 23 yaşlı Quliyev Teymur Tofiq oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. A.Naqutinə sol qol, sağ bud sümüyünün sınığı, T.Quliyevə isə qapalı kəllə-beyin travması, sağ topuq nahiyəsinin sınığı diaqnozları qoyulub.
Gültən
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man