Kanadada qeyri-sabit hava şəraiti kütləvi yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, insident ötən gün Ontario əyalətinin Kinqston şəhəri yaxınlığından keçən sürət trasında qeydə alınıb. Bu barədə CTV telekanalı məlumat yayıb.
Polisin məlumatına görə, şosedə 40-a yaxın avtomobil toqquşub. Nəticədə 1 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır. Qəzanın qalan iştirakçıları avtobuslarla şəhərin sosial mərkəzlərinə isinmək üçün göndəriliblər.
Sinoptiklər, Kinqstona 15 santimetrə qədər qar düşə biləcəyini proqnozlaşdırıblar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man