ABŞ-ın Texas ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında San-Antonio beynəlxalq aeroportu yaxınlığında qeydə alınıb. Bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, Şuqar Lend şəhərindən Berneyə uçan təyyarənin mühərrikində nasazlıq yaranıb. Pilot hava gəmisini San-Antonio aeroportuna endirməyə çalışsa da, bu cəhdlər uğursuz alınıb. Təyyarə uçuş-eniş zolağına 140 metr qalmış qəzaya düşüb.
San-Antonio yanğınsöndürmə xidmətinin rəhbəri Çarli Xudanın sözlərinə görə, göyərtədəki hər 3 nəfər dünyasını dəyişib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man