Təkəri partlayan avtobus çaya düşdü: 19 ölü, 21 yaralı - FOTO + VİDEO (Yenilənib)

Yol qəzaları 01 Dekabr 2019 | 12:30
OXUNUB: 1643

Rusiyanın Transbaikal ərazisində sərnişin avtobusunun çaya düşməsi nəticəsində ölənləri və xəasrət alanların sayı artıb. Bildirilir ki, qəzada dünyasını dəyişən sərnişinlərin sayı 19-a, xəsarət alanların isə 21 nəfərə çatıb.

 

 

****** 10.50

Rusiyanın Transbaikal ərazisində sərnişin avtobusunun qəzaya uğraması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün Moqoytuy – Sretinsk – Oloçi avtomagistralının 60-cı kilometrliyində qeydə alınıb.

Məlumata görə, içərisində 43 sərnişinin olduğu, Sretinsk - Çita marşrutu ilə hərəkətdə olan avtobus, ön təkərinin partlaması səbəbindən sürücünün idarəetməsindən çıxaraq körpüdən Kuenqa çayına düşüb.

İlkin məlumatlara görə, qəzada 10 nəfər dünyasını dəyişib, daha 5 nəfər isə xəsarət alıb. Taralılar ambulanslarla xəstəxanaya çatdırılıb.

Hadisə yerinə xilasetmə, səhiyyə əməkdaşları və təcili tibbi yadım vertolyotu cəlb edilib.

Araşdırmalara aparılır.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man