ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, insident Cənubi Dakota ştatında qeydə alınıb. Bu barədə ötən gün Brul dairəsinin prokuroru məlumat yayıb.
Onun sözlərinə görə, “Pilatus PC-12” təyyarəsinin göyərtəsində 12 nəfər olub. Hava gəmisi Aydaxo-Follz (Aydaxo ştatı) şəhərinə uçurmuş. Təyyarə yerli “Çemberlen” aeroportundan havaya qalxdıqdan bir müddət sonra qəzaya düşüb.
Bildirilir ki, qəzaya qeyri-hava şəraiti də səbəb ola bilər.
Prokuror qeyd edib ki, həyatda qalmış sərnişinlər yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hazırda onların səhhətləri barədə məlumat yoxdur.
Federal Aviasiya İdarəsi qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man