Kanadanın Ontario əyalətində yüngül mühərrikli “Piper PA-32” təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb. Avtosfer.az xəbər verir ki, insident noyabrın 27-də axşam saatlarında Kinqston şəhəri yaxınlığında baş verib. Bu barədə ötən gün CTV telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə gəcə saatlarında baş verdiyindən və ərazinin meşəlik olduğundan xilasetmə qüvvələri qəza yerinə gündüz saatlarında gedə biliblər.
Polisin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 3-ü uşaq olmaqla 7 nəfər olub. Onların hamısı dünyasını dəyişib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man