46 yaşlı kişi avtomobillə vurularaq öldürülüb - Bakıda

Yol qəzaları 27 Noyabr 2019 | 11:05
OXUNUB: 785

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə noyabrın 26-da Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi, Albalılıq Yeni Yaşayış Massivində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü, Kəlbəcər rayon sakini Fazil Məmmədov saat 20:50 radələrində yolun işıqlandırılmayan və piyada keçidi olmayan hissəsindən keçərkən naməlum markalı avtomobil tərəfindən vurulub. Daha sonra o, aldığı bədən xəsarətləri nəticəsində müalicə olunduğu xəstəxanada vəfat edib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man