Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Binəqədi-Balaxanı yolunda qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1976-cı təvəllüdlü Məmmədova Rəsiqə Ağadadaş qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona kəllə-beyin travması, döş qəfəsinin əziyi diaqnozu qoyulub.
Xəstə həkim nəzarətinə götürülüb, faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man