Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində avtomobil qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı üç nəfər xəsarət alıb. Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə barədə məlumat təcili yardıma saat 13:46-da daxil olub. Hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man