Şəmkir rayonunda yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin maneəyə çırpılması nəticəsində Şəmkir şəhər sakini, 1992-ci il təvəllüdlü Amal Salmanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man