Konqo Demokratik Respublikasında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 24 nəfər ölüb. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında ölkənin şərqində yerləşən Qoma şəhəri ərazisində qeydə alınıb.
Məlumata görə, “Busy Bee” aviaşirkətinə məxsus “Dornier-228” tipli təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra naməlum səbəblərdən yaşayış evinin üzərinə düşüb. Hadisə zamanı hava gəmisinin göyərtəsində 17 sərnişin və 2 ekipaj üzvü olub. Qəzadan sonra yanğın baş verib, ancaq yanğın qısa müddət ərzində söndürülüb.
Bildirilir ki, hazırda dağıntılar altından təxmin ediləndən çox, 24 cəsəd aşkarlanıb.
Araşdırmalara davam etdirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man