Türkiyənin Osmaniyə vilayətində sərnişin avtobusunun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Torpaqqala rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, Qaziantepdən İzmir istiqamətində hərəkətdə olan Mustafa Bozqurdun idarə etdiyi 27 BEN 51 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə 41 sərnişinin olduğu avtobusda 25 nəfər xəsarət alıb.
Yaralılar hadisə yerinə çağırılan ambulanslarla Osmaniyə və Ceyhan Dövlət xəstəxanalarına çatdırılaraq müalicəyə alınıblar.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man