Beyləqanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 22-də saat 23 radələrində Beyləqan rayonunun Aşıqlı kəndi ərazisində rayon sakini M. Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən Mayak qəsəbə sakini Oruc Zeynalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man