“Təcili yadım” maşını qəzaya uğradı: içərisindəki xəstə öldü, 9 nəfər də yaralandı - FOTO

Yol qəzaları 23 Noyabr 2019 | 13:45
OXUNUB: 1062

Türkiyənin Ağrı vilayətində “təcili tibbi yardım” maşının və minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Yüzüncü İl məhəlləsində qeydə alınıb.

Məlumata görə, içində xəstə olan Nihad Qaplanın idarə etdiyi 04 AB 703 qeydiyyat nömrə nişanlı ambulans, sürücüsünün adı və qeydiyyat nömrə nişanı məlum olmayan minik avtomobili ilə toqquşub. Zərbənin şiddətindən “Təcili tibbi yardım” maşını aşıb.

Nəticədə ambulansda olan xəstə Əminə Adıgözəl hadisə yerində dünyasını dəyişib, sürücülərin və səhiyyə işçilərinin də aralarında olduğu hər iki nəqliyyat vasitəsindəki 9 nəfər xəsarət alıb.

Yaralılar digər ambulanslarla Ağrı Dövlət Xəstəxanasına çatdırılıblar.

Müvafiq qurumlar tərəfində araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Ağrı'da Ambulans Kazası: 1 Ölü, 9 Yaralı

Ağrı'da Ambulans Kazası: 1 Ölü, 9 Yaralı

Ağrı'da Ambulans Kazası: 1 Ölü, 9 Yaralı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man