Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza metronun "28 May" stansiyasının yaxınlığında qeydə alınıb.
Bəxtiyar adlı sürücü idarə etdiyi "Haval" markalı minik avtomobili ilə yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Haqverdiyeva Aygün Əlizamin qızını vurub.
Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb. A.Haqverdiyevaya qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man