Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Xocahəsən qəsəbəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Hüseynov Valeh Rafiq oğlu yolu keçərkən avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona kəllə-beyin travması qoyulub.
Hüseynov Valehin vəziyyəti ağır qiymətləndirildiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man