Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu Bülbülə qəsəbəsində qeydə alınıb. Belə ki, 1971-ci il təvəllüdlü Mustafayeva Sevda Mirzə qızı yolu keçərkən maşın vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona döş qəfəsinin sağ yuxarısının əziyi, qabırğa sınığı və sol budun əzilmiş yarası diaqnozları qoyulub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man