Şəkidə avtomobilin vurduğu yeniyetmə xəsarəti ilə əlaqədar paytaxta göndərilir

Yol qəzaları 20 Noyabr 2019 | 23:00
OXUNUB: 813

Şəkidə 12 yaşlı yeniyetməni avtomobil vurub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Qax rayon sakini, 1978-ci il təvəllüdlü Valeh İsmət oğlu Hacıyev idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə Şəkidən Qax rayonu istiqamətində hərəkətdə olarkən piyada, 2007-ci il təvəllüdlü Şəki rayonu Aşağı Göynük kənd sakini Hazar Raqif oğlu Əbdurəhmanovu vurub. Qəza zamanı xəsarət alan yeniyetmə H.Əbdurəhmanov Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumatda bildirilir ki, H.Əbdurəhmanova sol ayağın baldır sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub. H.Əbdurəhmanovun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək. 

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man