Hindistanda minik avtomobilinin və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident noyabrın 20-də Assam ştatının Udalquru dairəsində qeydə alınıb. İlkin məlumatlara görə, sürücünün idarəetməsində olan minik avtomobili yol kənarında park edilmiş yük maşınına çırpılıb.
Bildirilir ki, zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb və 8 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man