Biləsuvar rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb.
1951-ci il təvəllüdlü Əzizov Sabir Camal oğlu yaşadığı kənd ərazisində idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun ehtiyat hissəsində hərəkətdə olan həmkəndlisi, 1970-ci il təvəllüdlü Səfərov Muxtar Əli oğlunu vurub.
Piyada qapalı kəllə-beyin travması ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.
Göstərilən tibbi yardımlara baxmayaraq, M.Səfərov ayın 18-i vəfat edib.
Faktla bağlı CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man