Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, avtoqəza ehtiyat hissələri anbarının yaxınlığında qeydə alınıb.
Minik avtomobili piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Xəyalə Qəhrəmanovanı vurub. Yaralı xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man