Oğuz rayonunda toydan çıxan şəxsi avtomobil vurub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bugün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şəki rayonunun Qayabaşı kənd sakini, 1968-ci il təvəllüdlü Kamil Surxay oğlu Hüseynov yolu keçmək istəyərkən "Oteco" markalı yük avtomobili tərəfindən vurulub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, K.Hüseynov Oğuz rayonunda toy mərasimində iştirak edib və hadisə də toydan çıxıb evə gedərkən qeydə alınıb. Onun sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man