İranın Bəlucistan vilayətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az “shastoon.ir” portalına istinadən məlumat verir ki, insident bu gün səhər 4.50 radələrində Sarvan-Xaş avtomagistralının 80-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, iki “Toyota” markalı “pikap”ın toqquşması nəticəsində 28 nəfər ölüb, daha 21 nəfər isə xəsarət alıb. Qəzadan sonra hadisə yerinə 7 təcili tibbi yardım maşının cəlb edilib.
Yaralılar Xaş şəhərindəki İmam Xomeyni Xəstəxanasına çatdırılıblar.
Dünyasını dəyişən və xəsarət alanların Əfqanıstan vətəndaşları olduğu bildirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man