Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza Xətai rayonunda qeydə alınıb.
Köhnə Günəşli qəsəbəsində minik avtomobili yolu keçən 1983-cü il təvəllüdlü Əliyeva Ramilə İsrail qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb. Ona dizin əzilmiş yarası və bədənin küt travması diaqnozu qoyulub.
Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən yayınıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man