Avtomobillə vurduğu qadını öz qohumunun evinə apardı: piyada evdə öldü

Yol qəzaları 07 Noyabr 2019 | 10:02
OXUNUB: 1293

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə noyabrın 6-da paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Nurlan Ağazadə idarə etdiyi "VAZ-2107" markalı avtomobili ilə Ramana qəsəbəsi, Ə.Bağırov küçəsi ilə Ramana qalası istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən paytaxt sakini, 1987-ci il təvəllüdlü Elyanə Məmişovanı vurub.

Daha sonra sürücü qadını avtomobili ilə Ramana qəsəbəsində yaşayan qohumu Xəyalə Musayevanın evinə aparıb, orada təcili tibbi yardım çağırıb. Təcili tibbi yardım gələn zaman E.Məmişova ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man