Hacıqabul rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil aşıb. Hadisə zamanı Sabirabad rayon sakini, 1981-ci il təvəllüdlü Muradov Seymur İbrahim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man