Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza Dövlət Statistika Komitəsinin qarşısında qeydə alınıb.
İnşaatçlar küçəsində yüksək sürətlə hərəkətdə olan 90-VV-871 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan "AzSamand" markalı avtomobilə çırpılıb.
Zərbənin gücündən "Hyundai" fırlanaraq əks yolda səkiyə çıxıb.
Hadisə zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man