Bakıda 81 yaşlı kişi qəza törətdi, ana və 2 yaşlı oğlu öldü

Yol qəzaları 05 Noyabr 2019 | 10:25
OXUNUB: 649

Binəqədi rayonu ərazisində yol qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Sumqayıt-Novxanı yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Əliyev Şamil Əlihüseyn oğlu idarə etdiyi "Volvo" markalı 10 UU 509 dövlət nömrə nişanlı avtomobillə Goradil bağlar massivindən Sumqayıt-Novxanı dairəvi yoluna çıxarkən həmin yolla hərəkət edən 1964-cü il təvəllüdlü Quliyev Mehman Dadaş oğlunun idarə etdiyi "Hyundai" markalı 10 VP 841 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb, "Hyundai" markalı avtomobildə olan sərnişinlər, 1994-cü il təvəllüdlü Rüstəmova Türkanə Məmməd qızı və onun övladı, 2017-ci il təvəllüdlü Quliyev Yusif Orxan oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man