Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, avtoqəza B.Çobanzadə küçəsində qeydə alınıb.
Minik avtomobili yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Məmmədova Fəridə Mehman qızını vurub, daha sonra yol kənarındakı ağaca çırpılıb. Hadisəni törədən sürücü ərazidən yayınıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man