Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda, "Şamaxı yolu" adlanan ərazidə qeydə alınıb. Belə ki, minik avtomobili yolu keçən 1963-cü il təvəllüdlü Qardiyev Səttar Təzəxan oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man