Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə noyabrın 3-də Sumqayıt şəhərinin Sahil küçəsi ilə Novxanı qəsəbəsi istiqamətində olan yolda qeydə alınıb.
Belə ki, Tərlan Əliyev “Mercedes Benz” markalı avtomobili ilə hərəkətdə olan zaman yolu keçən piyada - 1979-cu il təvəllüdlü Həcər Şəbiyevanı vurub. Yaralı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man