İsmayıllı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Basqal yolunda qeydə alınıb. Şamaxı rayon sakini Rəhimov İfadə Şakir oğlu yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Ağır xəsarət alan R.İfadə hadisə yerində dünyasını dəyişib.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və pataloji anatomiya birliyinin Şamaxı şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man