Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Əsədov Cavidan İlham oğlu yolun müəyyən edilməmiş hissəsindən keçən zaman onu minik avtomobili vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man