Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində qeydə alınıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 1998-ci il təvəllüdlü Vəliyev Maqsud Murad oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb. Qəza zamanı sürücü M.Vəliyev və avtomobildə olan sərnişin, 25 yaşlı Məmmədova Fərqanə Mais qızı xəsarət alıb.
Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. M.Vəliyevə döş qəfəsinin əziyi, F.Məmmədovaya isə sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man