Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər yaralanıb. Hadisə Pirşağı qəsəbəsində baş verib.
Avtosfer.az">Avtosfer.az APA-ya istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan 1998-ci il təvəllüdlü Vəliyev Maqsud Murad oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb.
Qəza zamanı sürücü M.Vəliyev və avtomobildə olan sərnişin - 25 yaşlı Məmmədova Fərqanə Mais qızı xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. M.Vəliyevə döş qəfəsinin əziyi, F.Məmmədovaya isə sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man