Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobillərdən biri idarəetmədən çıxaraq su kanalına düşüb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. İki "Mercedes" markalı avtomobil toqquşub. Qəza zamanı idarə etməni itirən avtomobillərdən biri su kanalına düşüb. Hadisə zamanı avtomobilin sürücüsü Mehdi Məmmədov ağır xəsarət alıb. Yaralı ətrafda olan insanların köməkliyi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man