Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı-Hövsan yolunun kəsişməsində qeydə alınıb. Qəza zamanı "Toyota" markalı avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Əsgərova Fəridə Fərman qızı xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın boşluğunun küt travması və sol dizinin əziyi diaqnozu qoyulub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man