Bakıda avtomobil yolu keçən hamilə qadını vurub

Yol qəzaları 28 Oktyabr 2019 | 08:56
OXUNUB: 515

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

"VAZ-21015" markalı avtomobil yolu keçən Röya adlı hamilə qadını (soyadı dəqiqləşdirilir-red) vurub.

Hadisəni törədən Mirhəsən adlı sürücü (soyadı dəqiqləşdirilir-red) yaralını öz avtomobili ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırıb.

Yaralıya sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man