Gəncədə baş vermiş avtoqəzada piyada xəsarət alıb

Yol qəzaları 27 Oktyabr 2019 | 21:07
OXUNUB: 900

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, iki "VAZ" markalı minik maşını toqquşub. Qəza zamanı avtomobillərdən biri yolun kənarında dayanan 30 yaşlı Namazov Asiman Zaur oğluna dəyib. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə yol polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man