Salyanda minik avtomobili aşıb, ölən var

Yol qəzaları 27 Oktyabr 2019 | 00:18
OXUNUB: 954

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az">Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Biləsuvar rayon sakini, 1954-cü il təvəllüdlü Fətullayev Ağamusa Ramazan oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man