Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Qazax-Ağstafa marşrutu üzrə işləyən "QAZel" markalı sərnişin avtobusu ilə "Ford" markalı yük maşını toquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 3 nəfər - 53 yaşlı Mehriban Əliyeva, 63 yaşlı Qətibə Novruzova və 42 yaşlı Zəminə Kərimova xəsarət alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man