İsmayıllıda yol qəzasında xəsarət alan gənclərdən biri ölüb

Yol qəzaları 23 Oktyabr 2019 | 16:19
OXUNUB: 957

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı yolunun Quşencə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Priora" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan biri rayonun Kürdmaşı kənd sakini, 1993-cü il təvəllüdlü Ağayev Əhməd Mübariz oğlu ağır bədən xəsarətləri aldığı üçün həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib. Digər yaralı Tərlan Məcidovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man