Venesuela Hərbi Hava Qüvvələrinə məxsus Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün yerli vaxtla 14.46-da ölkənin Quariko ştatında qeydə alınıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qırıcı Quariko ştatında yerləşən Manuel Riosa aviabazasından havaya qalxıb və Ansoateqi ştatında olan Luis del Vale Qarsiya hərbi-hava bazasına uçmalı imiş.
Göyərtədə iki pilot olub, onların hər ikisi də dünyasını dəyişib.
Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man