Bakıda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin "VAZ-2107" markalı avtomobillə toqquşması nəticəsində Şəbiyeva Əsma Aydın qızı (2 yaş), Şəbiyev Hüseynəli Aydın oğlu (6 yaş), Eyvazlı Məsumə Hüseyn qızı (4 yaş) habelə azyaşlıların anası Şəbiyeva Ülviyyə Yaşar qızı (1992-ci il təvəllüdlü) və azyaşlıların nənəsi Əbdülkərimova Şəhla Hacı qızı (1969-cu il) xəsarət alıblar.
Qeyd edək ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.
***00:17
Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil sürət həddini aşaraq, "VAZ-2107" markalı avtomobillə toqquşub. Hadisə zamanı bir neçə uşaq və onların valideyni xəsarət alıblar. Yaralılar yaxınlıqda olanların köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Uşaqlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda onlar əməliyyat edilirlər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man