Bakı şəhər Nərimanov rayonu ərazisində avtomobil aşıb. Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, Atatürk prospekti ilə F.X.Xoyski küçəsini birləşdirən tuneldə sürət həddini aşan "Hyundai h100" markalı kiçiktutumlu yük maşını divara çırpılıb. Sürücünün idarəetməsindən çıxan avtomobil aşaraq yolun hərəkət hissəsində qalıb.
Qeyd edək ki, sərt döngə formasında inşa edilmiş tuneldə hərəkət sürətini qorumaq çox vacibdir və əks halda bu tipli hadisələr qaçılmaz ola bilər.
Hadisə yerindən çəkilmiş görüntünü təqdim edirik.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man