Meksikada sərnişin avtobusu qəzaya uğrayıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Milenio" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə Mexikonun mərkəzində, Roma ərazisində, İnsurhentes prospektində baş verib. Polis bildirib ki, taksi sürücüsü yol hərəkət qaydalarını pozaraq avtobuslar üçün ayrılmış xəttə çıxıb. Nəticəsə taksi ilə sərnişin avtobusu toqquşub. Qəza nəticəsində azı 14 nəfər xəsarət alıb.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb və ifadə vermək üçün prokurorluğa aparılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man