Meksikada taksi və avtobusun iştirakı ilə baş verən yol qəzasında 14 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, insident Mexikonun İnsurhentes prospektində qeydə alınıb. Bu barədə “Milenio” portalı məlumat yayıb.
İlkin məlumata görə, sürücü taksi kimi idarə etdiyi avtomobili ilə yol hərəkəti qaydaların pozaraq xüsusi hərəkət zolağına keçərək sərnişin avtobusu ilə toqquşub. Nəticədə 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya müraciət edib.
Hadisəni törədən sürücü polis tərəfindən həbs olunub.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man