Türkiyənin Düzcə vilayətində avtomobili ilə şou göstərən sürücü yol qəzasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, insident D-100 trasının Kaynaşlı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Uğur S.-nin idarə etdiyi 26 DJ 054 qeydiyyat nişanlı avtomobili, hərəkətdə olan
Tələt K.-nin idarə etdiyi 81 AB 597 və Altan Y.-nin idarə etdiyi 81 AT 666 qeydiyyat nömrə nişanlı maşınların arasından keçmək istəyərkən, hər iki nəqliyyat vasitəsinə çırpılıb.
Qəzanın şiddətindən Tələt K.-nin idarəetməsindən çıxan avtomobil aşıb.
Nəticədə sürücü, Həsən K. və Fatma K. xəsarətlər alıb. Yaralılar hadisə yerinə gələn ambulansla xəstəxanaya çatdırılıblar.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man